Elan: “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda onlayn təlim-seminar

27/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.KİK) çərçivəsində Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tədqiqatçıları və tələbələri üçün 2021-ci il may ayının  31-i saat 11:00-da “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda onlayn təlim-seminar keçirəcək.

Təlim-seminar elmi araşdırmalar zamanı indekslənən jurnallardakı tammətnli məqalələrdən istifadə qaydalarına, məqalələrə istinadlara və çoxsaylı jurnal arxivlərindən istifadə imkanlarına həsr olunub. Təlim-seminarda tədqiqatçılara beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün indekslənən jurnalların seçimi istiqamətində məlumat veriləcək, BDU əməkdaşlarına elmi araşdırmaları zamanı bu platformadan 9 mindən çox elmi jurnalldan maneəsiz istifadə yollarından bəhs olunacaq.

Həmçinin tədqiqatçılara BDU-nun Elmi Kitabxanasının üzvü olduğu beynəlxalq EİFL.net konsorsiumu çərçivəsində beynəlxalq nəşriyyatlarla əməkdaşlıq edilməsi, təklif olunan açıq elektron resurslara əlyetərliyin təmin olunması  və  Open Access jurnallarda məqalə nəşrinə endirimli (discount) qiymətlər haqqında məlumat veriləcək.

Qoşulmaq üçün bura klikləyin.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026