Elan: “Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu” adlı esse müsabiqəsi

19/05/2021

BAKI DÖVLƏT UNİVERSİTETİ

Tələbələr arasında

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş

“Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu”

adlı

ESSE MÜSABİQƏSİ

elan edir

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı) olmalıdır.

Esselər, müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə 2021-ci il iyun ayının 5-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəkdir:

Birinci yer - 300 manat

İkinci yer - 250 manat

Üçüncü yer - 200 manat

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: (+994 50) 408 84 89

e-mail: press-service@bsu.edu.az

 

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024