BDU-da “İnnovativ gənc mühəndislər” layihəsi başa çatıb

13/02/2023

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İnnovativ gənc mühəndislər” layihəsinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov müasir dövrdə innovativ düşüncəli, geniş elmi-texniki biliklərə və yüksək yaradıcılıq qabiliyyətinə sahib olmağın gənclər üçün vacib olduğunu deyib və belə layihələrdə aktiv iştirakı yüksək qiymətləndirib. Sonra layihə rəhbəri Orxan Güləhmədov layihənin nəticələri barədə ətraflı məlumat verib. Qeyd edək ki, layihənin seçim turlarına qatılan 100 nəfərdən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, BDU nəzdində “Gənc istedadlar liseyi” və Xəzər rayonundakı 322 nömrəli tam orta məktəbi təmsil edən 20 gənc seçilib. Onlar 4 komanda şəklində müxtəlif praktiki tapşırıqları yerinə yetiriblər. 4 komanda arasında ən yaxşı iş təqdim edən "TechnoBrains"  komandası qalib gəlib. Layihənin sonunda iştirakçılara sertifikat və hədiyyə kuponları, qalib komandanın üzvlərinə isə diplom və hədiyyələr verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını, intellektual səviyyələrini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaqdır.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025