Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib

23/10/2025

Oktyabrın 23-də Bakı Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.

Tədbirdə ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai dinləmədə elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran prioritet vəzifələr müzakirə olunub. Çıxışlarda doktoranturaya qəbul göstəricilərinin artırılması, gənclərin elmi tədqiqata marağının stimullaşdırılması, elmi fəaliyyətin maliyyə və institusional əsaslarının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Eyni zamanda ali təhsilin əmək bazarına uyğunlaşdırılması, tədqiqat yönümlü universitetlərin inkişafı, laborator və innovasiya mühitinin formalaşdırılması, eləcə də magistrant və doktorantların praktiki fəaliyyətə cəlb edilməsi məsələləri diqqətə çatdırılıb.

Müzakirələr zamanı ali təhsil müəssisələrinin reytinq və akkreditasiya göstəricilərinə əsaslanan diferensial maliyyələşmə modelinin tətbiqi, tələbələrin beynəlxalq sertifikatlar əldə etməsinə dəstək mexanizmlərinin gücləndirilməsi və təhsilin rəqəmsallaşması ilə bağlı fikir və təkliflər də irəli sürülüb.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026