“Elmdə ilk addımlarım” adlı konfrans

03/04/2015

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə fakültənin bakalavr pilləsində təhsil alan tələbələrinin “Mənim elmdə ilk addımlarım” adlı I elmi-praktiki konfransı keçirilib. Konfransı giriş sözü ilə fakültənin dekanı, professor Məmmədəli Ramazanov açıb, konfrans iştirakçılarına öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Daha sonra öz işinə başlayan konfransda aşağıdakı məruzələr dinlənilib:
1. Qeybullayeva Nərmin ( FzM 56 II kurs tələbəsi, elmi rəhbər dos. H.Məmmədov) “Blue light emitting diode”
2. Rəhimzadə Sara (Fzing 03 II kurs tələbəsi , elmi rəhbər dos. A.Orucov) “Determining the diffusion coefficient of cesium atoms and the mobility of ions on graphite monolayers into rhenium (1010)- C”
3. Şirinova Selcan ( FzM 38 III kurs tələbəsi, elmi rəhbər dos. R.Rəhimov) “Orta məktəb kursu üçün fizika qanunlarının seçmə prinsipləri”
4. Abışova Şəbnəm (FzM 36 III kurs tələbəsi , elmi rəhbər dos.Q.Qəribov) “Qaz boşalmasında strat rəqsləri”
5. Məmmədova Nuranə ( Fzing 03 II kurs tələbəsi , elmi rəhbər dos.E. Qarayev) “Cisimlərin tarazalıq şərtləri”
6. Dadaşova Nərminə (FzM 36 III kurs tələbəsi , elmi rəhbər dos.Q.Qəribov) “Suda soliton dalğaları”
7. Əliyeva Şahnisə (Fz 72 I kurs tələbəsi, elmi rəhbər dos. L.Əliyev) “Qaz molekullarının hansı hissəsinin sürəti ən ehtimallı sürətdən böyükdür”
Sonda fakültənin dekan müavini M.Məhərrəmov konfrans iştirakçılarını təbrik edərək, təklif və iradlarını bildirib.Tələbə Elmi Cəmiyyətinin sədri A.Daşdəmirov gələn il bu konfransa respublika ali məktəblərinin dəvət ediləcəyini və daha geniş miqyasda keçiriləcəyini qeyd edib.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024