“Elmi işlərin yazılma qaydaları” adlı elmi-praktiki seminar keçirilib

02/03/2020

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi işlərin yazılma qaydaları” adlı elmi-praktiki seminar keçirilib. Seminarda elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə, TEC-in elmi rəhbəri Gülnar Axundova və TEC-in sədri Məleykə Mirzəli məruzə ilə çıxış ediblər. Mehriban Əlizadə yeni texnologiyaların ali təhsildə tətbiqi, təhsilin keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyətindən danışıb. O, elm və təhsilin vəhdətinin yeni tələblərə uyğun istiqamətdə aparılmasında innovasiyanı da mühüm faktor kimi qiymətləndirib. M.Əlizadə dissertasiya və buraxılış işlərinin yazılma qaydalarından, gənc tədqiqatçıların qarşısında dayanan vəzifələrdən bəhs edib.

Daha sonra əyani materiallar əsasında məqalə və tezislərin hazırlanmasının elmi və texniki cəhətləri, elmi məqalədə problemin qoyuluşu, həlli, araşdırmanın giriş, nəticə və xülasə hissələrinin yazılması ilə bağlı bir çox məqamlara aydınlıq gətirilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026