Elmi jurnalistikanın problemləri müzakirə olunub

16/07/2018

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva və akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Qasımov ilə görüş olub. Məqsəd elmi jurnalistikanın inkişafı, bu sahədə mövcud problemlərin həlli yollarının araşdırılması, birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində mühüm rol oynayan yüksəkixtisaslı kadr hazırlığının önəmliyini qeyd edib. Elmi jurnalistikanın tədrisinin əhəmiyyətindən söz açaraq bu sahədə əməli addımların atılmasının zəruriliyini bildirib.

V.Zifəroğlu Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi, metodiki vəsaitlərin hazırlanması, bu sahədə dissertasiya işlərinin müdafiəsinin vacibliyini söyləyib. Həmçinin müxtəlif qurumların mətbuat xidmətləri ilə qurulan əməkdaşlıq əlaqələri, həyata keçirilən birgə layihələr və s. haqqında məlumat verib.

İdarənin rəis müavini Ülviyyə Rzayeva müasir dövrdə elmi-texniki sahədə dinamik inkişaf sayəsində elmi-populyar informasiyalara olan tələbatın artdığını qeyd edərək jurnalistlərin ixtisaslaşması və elmi-populyar üslubda məqalələrin yüksək səviyyədə hazırlanmasının əhəmiyyətindən danışıb. Qonaq müxtəlif elm sahələri üzrə ixtisaslaşmanın peşəkar elmi jurnalistlərin yetişdirilməsində vacib amillərdən olduğunu söyləyərək təkcə Jurnalistika fakültəsində deyil, həmçinin digər fakültələrdə təhsil alan tələblər üçün də elmi jurnalistika üzrə fakültələrarası mühazirələrin oxunmasının bu sahənin inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini bildiri.

Sonra qonaqlar fakültənin Tədris teleradio studiyası və startap layihələrinin hazırlanması üçün yaradılmış Barama Media Mərkəzinin fəaliyyəti ilə tanış olublar. BDU TV və radionun tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqində mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub, burada müasir dövrün tələblərinə cavab verən qabaqcıl texniki avadanlıqlar, səsyazma qurğuları və s. qonaqlar tərəfindən maraqla qarşılanıb.

www.science.gov.az

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024