Elmi Kitabxanada 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

16/01/2020

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli, lakin xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Qanlı hadisədən 30 il keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını unutmadığını bildirən A.Kazımzadə həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini  xatırladıb.

Faciənin 30-cu ildönümü ilə bağlı Bakı Dövlət Universitetində silsilə tədbirlər keçirildiyini bildirən A.Kazımzadə Universitetin hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini, 20 Yanvarda şəhid verdiyini diqqətə çatdırıb. 

Elmi Kitabxananın direktoru Nigar İsmayılova isə bildirib ki, keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha ucadan bəyan etdi. Xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Kitabxananın əməkdaşları Ramiyə İsgəndərzadə, Səlihət Xəlilova, Jalə Mustafazadə və Şükufə Əliyevanın çıxışlarından sonra kitabxananın daimi oxucuları, Tarix fakültəsinin tələbələri  “Vətən sağ olsun” və “Şəhidlər” şeirlərini səsləndiriblər. Xüsusi guşədə hadisə ilə bağlı  kitab sərgisi və “Gənc istedadlar” liseyinin şagirdlərinin rəsm əsərləri nümayiş etdirilib.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026