Elmi Kitabxanada IEEE Xplore Rəqəmsal Kitabxanasından istifadə qaydaları ilə bağlı təlim

23/02/2022

Fevralın 24-ü saat 15:00-da Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında IEEE Xplore Rəqəmsal Kitabxanasından istifadə qaydaları ilə bağlı növbəti “How to publish with IEEE” adlı onlayn təlim keçiriləcək. Təlimdə iştirakçılara türk dilində IEEE Xplore platformasının funksionallığı və alətləri üzrə praktiki məsləhətlər veriləcək, məqalələrin hazırlanmasına dair təcrübələr paylaşılacaq, IEEE jurnallarına məqalə təqdim edilməsi prosesi üzrə naviqasiya təqdim ediləcək.

Qeyd edək ki, professor-müəllim heyəti, gənc tədqiqatçılar və Elmi Kitabxananın oxucularına fevralın 1-dən etibarən bir ay sınaq müddətində IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edilib.

Onlayn təlimdə iştirak etmək üçün

https://docs.google.com/forms/d/e/1FAIpQLSdBgQ6rq-gKO5Sk2iWTviwADZOfoCeNADFbxDJWhNSNTRKtyA/viewform?usp=pp_url linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

“Microsoft Teams” platforması üzərindən təlimə qoşulmaq üçün link:

https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_NzI2Y2U0NGItMzQ4NS00ODA3LWJhOTUtZWEwMzU2Yzg4Y2U3%40thread.v2/0?context=%7b%22Tid%22%3a%222d856424-0844-47d2-968f-b9aa385d471a%22%2c%22Oid%22%3a%2256c1970c-caf9-45fc-9ff0-2dab38d63b1e%22%7d

Dünyanın 160 ölkəsindən 500000-dən çox üzvü olan IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük peşəkar təşkilatı, IEEE Xplore Rəqəmsal Kitabxanası isə dünyanın ən böyük texniki rəqəmsal məlumat bazasıdır. Bu baza vasitəsilə istifadəçilər 5 milyondan çox tammətnli sənəd, 195 IEEE jurnal, dövri nəşr və əsər toplusu, 1800-dən çox IEEE konfrans materialı, 4600-dən çox təsdiqlənmiş və nəşr edilmiş IEEE standartına çıxış imkanı əldə edir.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026