Elmi Şuranın genişləndirilmiş iclası keçirildi

03/03/2011

Bu gün Böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. Rektor, akademik Abel Məhərrəmov gündəliyi elan etdi. Şura üzvlərinin gündəliyi təsdiqindən sonra iclas işinə başladı.

AMEA-nın müxbir üzvü Vasif Babazadə Baloniya prosesinə keçidlə bağlı BDU-da aparılan islahatlar kontekstində bakalavr pilləsinin lazımi metodiki vəsaitlərlə təminatı ilə bağlı universitet kollektivinin qarşısında duran vəzifələr haqqında məruzə etdi. Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev qış imtahan sessiyası ilə bağlı Şura üzvlərinə məlumat verdi, nəticələr təhlil edildi.

Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin müdiri İradə Əliyeva isə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verdi.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı.

İmtahan sessiyasında obyektivliyi ilə fərqlənən əməkdaşlar mükafatlandırıldı, həmçinin yubileyləri qeyd olunan müəllimlərə BDU-nun fəxri fərmanı və gül dəstələri təqdim edildi.

Mətbuat və İnformasiya şöbəsi, 03 mart 2011-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026