Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

20/12/2018

Bakı Dövlət Universitetinin Böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet alimlərinin elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub.

Universitetin rektoru vəzifəsini icra edən professor İradə Əliyeva giriş sözü ilə çıxış edərək gündəlikdə olan məsələləri diqqətə çatdırıb, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq 2019-cu ildə silsilə yubiley tədbirlərinin keçiriləcəyindən, bu istiqamətdə görülən işlərdən bəhs edib. O, 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məruzə edib.

Sonra BDU-nun Tədris Metodiki Şurasının sədri, akademik Vasif Babazadə son illərdə görülən işlər barədə məlumat verib. Şuranın fəaliyyətini dörd istiqamətdə təqdim edən akademikin sözlərindən məlum olub ki, Şura tədrisin təşkili, keyfiyyət və monitorinq, nəşr hüququ, anket sorğusu və fakültə Tədris Metodiki şuralarının fəaliyyəti ilə bağlı araşdırma aparıb.

Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri, dosent Adil Xasayev isə rəhbərlik etdiyi şöbənin bir illik fəaliyyəti barədə hesabatla çıxış edib.

Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, Fizika fakültəsinin professoru Əli Hüseynov və Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanovanın məruzələr ətrafında çıxışları və təklifləri dinlənilib.

Sonra Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı böyük xidmətlərinə görə və yubileyləri münasibətilə bir qrup əməkdaşa “Təşəkkür” elan olunub, Fəxri fərman və pul mükafatı təqdim edilib.

İclas elmi adların verilməsi və cari məsələlərin müzakirə olunması ilə başa çatıb.


Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2018-ci il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026