Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

24/10/2013

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Məruzələr dinlənildikdən sonra Azərbaycanda fəlsəfə elminin və təhsilin inkişafında, gənclərin maariflənməsində, alim və şəxsiyyət kimi yetişməsində misilsiz xidmətlər göstərmiş böyük pedaqoq və cəfakeş tədqiqatçı, bütün şüurlu həyatı boyu azərbaycançılıq ideyalarını yorulmadan təbliğ edən tanınmış ictimai xadim, mərhum akademik Fuad Qasımzadənin həyat və yaradıcılığına həsr olunmuş “İnana bilmirəm” kitabının təqdimatı keçirilib.

Kitabın ilk səhifələrində müəllif-tərtibçi Anar Məmmədov akademik Fuad Qasımzadənin Azərbaycanda fəlsəfə elminin və təhsilin inkişafındakı xidmətlərinə görə 2000-ci il 11 fevral tarixində “Şöhrət”, 2009-cu il 5 noyabr tarixində isə “İstiqlal” ordenləri ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq Fərmanı və Sərəncamı yer alıb.

Fotoşəkillərlə zəngin olan nəşrin elmi redaktoru BDU-nun rektoru, akademik Abel Məhərrəmov, redaktorları akademik Vasim Məmmədəliyev və professor Vidadi Xəlilovdur.

Daha sonra Elmi Şurada III Bakı Beynəlxalq Humanitar Forumuna Hazırlıq İşlərinin vəziyyəti barədə (Elm və informasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə), Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar idarəetmə sisteminin optimallaşdırılması məqsədi ilə BDU-da aparılan struktur islahatları haqqında (Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva ) məlumat verilib.

Fakültə dekanlarından Biologiya fakeltəsinin dekanı, professor Akif Quliyev və  Tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin  hesabatları da Şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şurada universitetin bəzi işçilərinə elmi adlar verilib və başqa cari məsələlər müzakirə olunub.

Mətbuat və İnformasiya şöbəsi, 24 oktyabr 2013-cü il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026