Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

10/07/2012

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Sonra 2011/2012-ci tədris ilində yay imtahan sessiyasının və buraxılış kurslarında Yekun Dövlət Attestasiyasının nəticələri, həmçinin 2011/2012-ci tədris ilində yay tədris və istehsalat təcrübələrinin keçirilməsi, yay semestrinin təşkili ilə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva çıxış edib. Daha sonra «Universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri» mövzusunda Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor, dosent Şəlalə Məmmədova məruzə edib. Çıxışlar ətrafında kafedra müdirləri- Tofiq Hacıyev, Qara Mustafayev, Vasif Babazadə fikirlərini bildirib, hesabatları qənaətbəxş hesab ediblər. İclasda elmi adların verilməsi, müsabiqənin keçirilməsi, eləcə də cari məsələlərə baxılıb.

Mətbuat və informasiya şöbəsi, 10 iyul 2012-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026