Elmi Şuranın növbəti iclası

16/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.  
İclasda yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib,  qanunvericiliyə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə Yekun Dövlət Attestasiyasının təşkili haqqında qərar qəbul olunub.  
Daha sonra BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 2021-ci il üzrə hesabatı dinlənilib. Liseyin direktoru Arif Bağırov qeyd edib ki, ötən il təhsil müəssisəsində 31 sinif komplektində 622 şagird təhsil alıb. Onların tədrisi ilə 76 müəllim məşğul olub. Ötən il liseyin XI sinfini 50 nəfər bitirib. Buraxılış imtahanlarında 32 nəfər 200 baldan yuxarı toplayıb. Buraxılış imtahanına görə liseyin orta bal göstəricisi 223 bal olub. Qəbul imtahanlarında liseyin 12 şagirdi 600-dən yuxarı bal toplayıb. Ötən il lisey məzunlarının 7-si fərqlənmə attestatına, 9 nəfəri “qızıl” , 2 nəfəri isə “gümüş” nişana layiq görülüb, bu, respublika üzrə üçüncü nəticədir. Məzunların hamısı respublika və xarici ölkələrin ali məktəblərinə qəbul olunub.  
İclasda BDU-nun Antiplagiat Komissiyasının 2021-ci il üzrə hesabatı da dinlənilib. Komissiyanın rəhbəri Kəmalə Alışeva bildirib ki, ötən il Komissiya tərəfindən 306 iş yoxlanılıb. Onların 127-si fəlsəfə doktoru dissertasiyası, 82-si dərs vəsaiti, 30-u monoqrafiya, 29-u dərslik, 27-si elmlər doktoru dissertasiyası, 8-i tədris-metodiki vəsait, 4-ü konfrans materialı, 2-si jurnal olub.
İclasın sonunda cari məsələlərə baxılıb.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026