Elmi Şuranın növbəti iclası keçirilib

28/02/2020

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.
Şuranın sədri, rektor Elçin Babayev gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırdıqdan sonra vəfat edən Biologiya fakültəsinin professoru Əli Əliyev və Mexanika-riyaziyyat fakültəsinin müəlliməsi Nazənin Sərdarlının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev çıxış edərək Biologiya fakültəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi, elm və təhsilin bir-biri ilə əlaqəli şəkildə inkişafının təmin edilməsi məqsədilə kafedra və tədris laboratoriyalarını strukturunun yenidən formalaşdırılması və təkmilləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.
İclasda elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdimat haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin Universitet əməkdaşlarının Veb of Science bazasında indekslənmiş jurnallarda dərc olunmuş məqalələrin sayına görə BDU-nun ölkə üzrə liderliyini qoruyub saxladığı bildirilib. 2020-ci ildə BDU alimləri impakt faktorlu jurnallarda 360 məqalə dərc etdirib. Bu da ölkə üzrə çap olunan məqalələrin 23-24 faizini təşkil edir.
2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında müəllim-koordinatorların səmərəli fəaliyyətlərinə görə mükafatlandırılması barədə qərar qəbul edilib.
Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov 2019-cu il üçün BDU-da elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktoranturaya qəbul nəticələri haqqında məlumat verib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026