Elmi Şuranın növbəti iclası keçirilib

13/12/2013

Bu gün Bakı Dövlət Universitetinin Böyük Akt zalında Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov gündəliyi elan edib. Qış  imtahan sessiyasının təşkili və keçirilməsi haqqında tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın  geniş məruzəsindən sonra  elm və İnnovasiyalar üzrə prorektor professor Aydın Kazımzadə BDU-nun Himayədarlar Şurasının yaradılması haqqında məlumat verib. Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor  Nazim Şəmilov, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı,  professor Zeynal Həsənalıyevin hesabatları dinlənilib. Elmi Şurada universitetin bəzi işçilərinə elmi adlar verilib və başqa cari məsələlər müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2012-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026