Elmi Şuranın növbəti iclası keçirilib
19/12/2019
Dekabrın 19-da Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.Rektor Elçin Babayev iclası açaraq gündəlik məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə məlumat verib.
İclasda “Bakı Universitetinin xəbərləri” və digər elmi jurnalların yenidən təsisi, Jurnalistika fakültəsində struktur islahatları üzrə müvafiq komissiya tərəfindən təqdim edilmiş təkliflər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov filialın özünütəhlil hesabatı ilə çıxış edib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Xəbərlər
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
