Elmin İnkişaf Fondu BDU-da məsləhətlər aparıb
06/06/2012
İyunun 5-də Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2012-ci il üçün 1-ci və 2-ci müsabiqələr (EİF02012-1 (5) – “Şura qrantı” və EİF-2012-2 (6) – təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində qrantların verilməsi üzrə) məsləhət seminarı keçirilib. Seminarı giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə layihələrin əhəmiyyətindən danışıb. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev seminarda elan edilmiş müsabiqələr üzrə layihələrin və xüsusilə maliyyə məsələlərinin tərtibatı üzrə məsləhətlər verib iştirakçıların suallarını cavablandırıb.
Mətbuat və informasiya şöbəsi, 06 iyun 2012-ci il
Xəbərlər
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
