Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib

06/01/2015

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib.

Müsabiqənin məqsədi ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması, bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanının yaradılmasıdır.

Müsabiqə çərçivəsində on min manatadək qrantların verilməsi yolu ilə xarici ölkələrin arxivlərində işləmək üçün müddəti bir ayadək olan layihələrin və proqramların maliyələşdirilməsi nəzərdə tutulub. Bu müsabiqə çərçivəsində qrant maliyələşdirilməsinin cəmi həcmi yüz min manat təşkil edəcək.

Cari müsabiqəyə təqdim olunacaq layihələrdə xarici ölkələrin arxivlərində işləmək üçün müddət olaraq 2015-ci ilin fevral ayının 3-cü ongünlüyü və mart-aprel ayları nəzərdə tutulur. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən yanvarın 30-u saat 17:00-dək aparılacaq. Bu müddət ərzində Fond tərəfindən müvafiq təbliğat işi aparılacaq, tərtibatla bağlı xüsusi seminarlar keçiriləcək. Müsabiqənin qalib layihələri üzrə nəticələr vaxtaşırı olaraq KİV-də müxtəlif dillərdə olmaqla işıqlandırılacaq. Müsabiqənin nəticələri üzrə Elmin İnkişafı Fondu tərəfindən kitab nəşr edilməsi də planlaşdırılıb.

Müsabiqə ilə bağlı ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək olar.

Mətbuat və informasiya şöbəsi, 06 yanvar 2015-cü il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026