Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru BDU tələbələrinə ustad dərsi keçib

11/12/2025

Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə Y.V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Abdullayevin tələbələr üçün “Vaksin biotexnologiyası: nanovaksinlər” mövzusunda ustad dərsi keçirilib.

Tədbirdə professor Adil Allahverdiyev vaksinlərin iş prinsipi, klassik və müasir vaksin növləri, nanovaksinlərin quruluş və funksional xüsusiyyətləri barədə geniş məlumat verib. O, nanohissəciklərin antigeni qoruyaraq birbaşa immun hüceyrələrinə çatdırması, güclü immun cavab yaratması kimi üstünlüklərini xüsusi vurğulayıb.

Ustad dərsində liposom, polimer və metal əsaslı nanodaşıyıcıların strukturu, onların adjuvant təsirini gücləndirməsi, həmçinin nanovaksinlərin xərçəng immunoterapiyasında, xüsusilə şiş antigenlərinin təqdimatı və T-hüceyrə aktivləşməsində tətbiq potensialı müzakirə olunub.

Bununla yanaşı, istehsal prosesinin bahalı olması, uzunmüddətli toksiklik və bioakkumulyasiya ilə bağlı məlumatların məhdudluğu, eləcə də bəzi nanomaterialların immun sistemində həddindən artıq reaksiya yarada bilməsi nanovaksinlərin əsas çağırışları kimi qeyd edilib. Etik məsələlər çərçivəsində təhlükəsizlik sınaqlarının şəffaf aparılması və klinik tətbiqlərdə risk-fayda balansının düzgün qiymətləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda nanovaksinlərin infeksion xəstəliklərlə yanaşı, xərçəng müalicəsində də yeni imkanlar açdığı, lakin geniş tətbiq üçün əlavə elmi araşdırmalara, təhlükəsizlik dəyərləndirmələrinə və yüksək etik standartlara ehtiyac olduğu bildirilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider
10/05/2026

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10/05/2026

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
09/05/2026