Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili ilə bağlı Anlaşma Memorandumu imzalanıb

27/04/2023

Aprelin 27-də elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, memorandumun imzalanmasında məqsəd elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsidir.
Emin Əmrullayev qeyd edib ki, ilkin olaraq pilot şəkildə Bakı Dövlət Universiteti (BDU) və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətinin təşkili nəzərdə tutulub. Memorandumun beşillik imzalandığını vurğulayan nazir yekunda birgə fəaliyyətin nəticələrinin təhlil ediləcəyini və buna uyğun addımlar atılacağını diqqətə çatdırıb.
Elm və təhsil naziri əlavə edib ki, məqsəd universitetlərimizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsidir.
Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova “Memorandumun məqsədi və tərəflər üçün yaradacağı imkanlar” adlı təqdimatla çıxış edib.
Mərasimdə iştirak edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, bu əməkdaşlıq ölkəmizin beynəlxalq arenada layiqli iştirakına imkan yaradacaq.
Fizika İnstitutunun baş direktoru Arif Həşimov, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova memorandumun imzalanmasının əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda Bakı Dövlət Universiteti və 5 elmi-tədqiqat institutu arasında memorandum imzalanıb.
Anlaşma Memorandumunu BDU rektoru Elçin Babayev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev imzalayıblar.

 

 

Xəbərlər

BDU-nun dosenti Qismət Davudov vəfat edib

BDU-nun dosenti Qismət Davudov vəfat edib
07/12/2025

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib
06/12/2025

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb
06/12/2025