“Elsevier” BDU-nun gənc tədqiqatçıları üçün məlumat sessiyası təşkil edib

26/09/2025

Bakı Dövlət Universitetində (BDU) beynəlxalq nüfuza malik “Elsevier” nəşriyyat şirkətinin müştəri məmnuniyyəti üzrə meneceri Saide Sakın iştirakı ilə ””Scopus”da indekslənmə prosesi” mövzusunda məlumat sessiyası keçirilib.

Tədbirin məqsədi tədqiqatçıların beynəlxalq elmi nəşrlərdə uğurlu çıxış etməsi, elmi nəticələrinin və akademik fəaliyyətlərinin qlobal səviyyədə tanıdılmasının artırılması ilə bağlı bacarıqların inkişaf etdirilməsi olub.

Sessiyada iştirakçılara “Scopus” elmi bazasının funksiyaları, jurnalların indekslənmə meyarları, məqalələrin beynəlxalq standartlara uyğun şəkildə hazırlanması və dərc prosesinin mərhələləri barədə geniş məlumat təqdim edilib. Bununla yanaşı, effektiv axtarış metodları, düzgün mövzu seçimi, müəllif və təşkilat profillərinin optimallaşdırılması, elmi göstəricilərin izlənməsi və yüksək impakt faktorlu jurnalların müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Sessiyanın sonunda professor-müəllim heyətinin və gənc tədqiqatçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026