Erməni terroru davam edir: düşmən Gəncədə yenə dinc sakinləri hədəf alıb

17/10/2020

Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub, dinc sakinlər arasında ölən və yaralananlar var.

Oktyabrın 17-də gecə saat 1 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində mülki obyektlərə və infrastruktura ciddi ziyan dəyib, sakinlər dağıntılar altında qalıb, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb.

Düşmənin silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 13 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan ordusu oktyabrın 11-də də cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəni hədəf almışdı. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan - “Skad” raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanmışdı. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəymişdi.

https://azertag.az/xeber/Ermeni_terroru

Xəbərlər

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib
25/02/2026

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı
25/02/2026

BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri

BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri
25/02/2026