Çexiya Respublikasının Səfiri BDU-da olub

14/02/2020

14 fevral 2020-ci il tarixində Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Milan Ekert və səfir müavini Daniel Putik Bakı Dövlət Universitetində olub.
Qonaqları səmimi salamlayan Universitetin rektoru Elçin Babayev Azərbaycan və Çexiya Respublikaları arasındakı mövcud ikitərəfli əlaqələrə bəhs edib, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətinin təhsil sahəsində inkişafa verdiyi töhfələrdən bəhs edib.
Rektor BDU ilə Çexiya ali məktəbləri arasında ikitərəfli əlaqələrin önəmini diqqətinə çatdırıb, Çexiyanın Karlov Universiteti ilə Əməkdaşlıq Protokolu çərçivəsində görülən işlər barəsində məlumat verib.
Görüşdə Karlov Universitetinin Təbiət Elmləri fakültəsi və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin birgə layihələrinin hər iki ali təhsil müəssisəsi üçün əhəmiyyətindən bəhs olunub, Beynəlxalq Vişeqrad Fondu (IVF) tərəfindən Azərbaycan Respublikasının alim və tədqiqatçılarına ayrılan təqaüdlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla Çexiya arasında ikitərəfli əlaqələrin müntəzəm inkişaf etdiyini bildirən səfir elm, təhsil və mədəni əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Gələcəkdə BDU nəzdində çex dili və ədəbiyyatı mərkəzinin yaradılması, eləcə də çex dili və ədəbiyyatı üzrə magistr proqramının tədris planına daxil edilməsinə dair müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026