Çexiya Respublikasının səfiri BDU-da olub

18/11/2021

Bu gün Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert və səfir müavini Daniel Putik Bakı Dövlət Universitetində olub.

Qonaqları salamlayan Universitetin rektoru Elçin Babayev Azərbaycan və Çexiya Respublikaları arasındakı mövcud ikitərəfli əlaqələrə bəhs edib. Rektor BDU ilə Çexiya ali məktəbləri arasında ikitərəfli əlaqələrin önəmini diqqətinə çatdırıb, Çexiyanın Karlov Universiteti ilə Əməkdaşlıq Protokolu çərçivəsində görülən işlər barəsində məlumat verib. Qeyd edib ki, BDU-da tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılmasına xüsusi diqqət yetirilir.

BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Milan Ekert təklifləri müsbət dəyərləndirib, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Çexiya ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Görüşdə tələbə-müəllim mübadiləsi, Çexiyada fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların təşkili, BDU-da Çexiya Mərkəzinin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, tədqiqatların aparılması, təqaüd və təcrübə proqramları, təlim və layihələr, ikili diplomların verilməsi üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.

Xəbərlər

BDU-da "Şəhərsalma və Memarlıq İli" nə həsr olunmuş çiçəkəkmə aksiyası

BDU-da "Şəhərsalma və Memarlıq İli" nə həsr olunmuş çiçəkəkmə aksiyası
18/03/2026

BDU-da elmi seminar: “Kristallar, kvazikristallar və fonsuz naxışlar”

BDU-da elmi seminar: “Kristallar, kvazikristallar və fonsuz naxışlar”
18/03/2026

BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb
18/03/2026