Çexiyanın Azərbaycandakı səfiri BDU-da olub

18/09/2018

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert və səfirin müavini Petr Vaqner Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq bu ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri, o cümlədən Çexiyanın Karlova Universiteti, Kimya Texnologiyaları İnstitutu, Mendel adına Dövlət Universiteti ilə əməkdaşlığından bəhs edib. Rektor bu görüşün əməkdaşlığın daha da genişlənməsinə təkan olacağına ümidvar olduğunu bildirib.

Səfir Milan Ekert, öz növbəsində, BDU-da olmasından məmnunluğunu ifadə edərək Çexiya və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib, elm və təhsil sahəsində həyata keçirilən layihələrin önəmindən bəhs edib.

Səfir müavini Petr Vaqner Azərbaycanda çalışdığı son illər ərzində Çexiya-Azərbaycan münasibətlərinin tarixinə dair kitab hazırlamasından, ölkələrimizin taleyində oxşarlıqların olmasından danışıb.

Görüşdə ERASMUS proqramı çərçivəsində həyata keçirilən layihələr,  universitetlərarası müəllim-tələbə mübadiləsi, birgə konfranslar, yay məktəblərinin təşkili kimi məsələlər müzakirə  olunub.

Sonra qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.


Mətbuat və informasiya şöbəsi, 18 sentyavr 2018-ci il.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025