Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

21/03/2019

Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasında səmərəli əməkdaşlıq əlaqələri davam edir.  Ötən illər ərzində BDU və Karlova Universitetinin yüzlərlə müəllim və tələbəsi təcrübə mübadiləsində iştirak edib, birgə konfrans və seminarlar keçirilib, elmi tədqiqat işləri aparılıb və alınan nəticələr impakt faktorlu jurnallarda dərc edilib. Hər il davamlı olaraq Karlova Universitetinin Təbiət elmləri fakültəsinin müəllim-tələbə heyəti flora və faunanı öyrənmək məqsədilə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən BDU-nun Qubadakı tədris-təcrübə və istirahət mərkəzində olur, eyni zamanda, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin əməkdaşları Karlova Universitetinin təbiət fakültəsində tədqiqatlar aparır, tədris prosesində iştirak edirlər.

Bu  il də əməkdaşlığın davamı olaraq Karlova Universitetinin Təbiət elmləri fakültəsinin dosenti Eva Landova və həmin fakültənin doktorantı Marketa Janovkova Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində Bakı Dövlər Universitetində tədqiqatlar aparmaq və Biologiya fakültəsində tədris prosesində iştirak etmək məqsədilə Bakıya gəliblər.

Bayram günləri olmasına baxmayaraq, Eva Landova və Marketa Janovkova  Biologiya fakültəsinin 3-cü kurs tələbələri Nərmin Kərimova və Aytən Məmmədova ilə birlikdə təcrübə işlərini davam etdiriblər.

Martın 21-də BDU-nun rektoru Elçin Babayev Eva Landova və Marketa Janovkovanın tədqiqat və təcrübə işləri ilə yerində tanış olub, özü bilavasitə pasiyent qismində bioloji eksperimentdə iştirak edib. Sonra rektor aparılan eksperimentlə bağlı tövsiyələrini verib, eyni zamanda, akademik mübadilə, birgə elmi tədqiqatlar və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.


Mətbuat və informasiya şöbəsi, 21 mart 2019-cu il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026