Fakültələrarası futbol çempionatının püşkatma mərasimi keçirilib

29/03/2011

Bu gün Tələbə Həmkarlar İttifaqı Komitəsi, Bədən tərbiyəsi və İdman kafedrası ilə birgə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin andan olmasının 88-ci il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatının püşkatma mərhələsini keçirib.

Mərasimdə iştirak edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov tədbiri giriş sözü ilə açaraq onun əhəmiyyətindən danışıb. D.Qənbərov qeyd edib ki, bu yarışma tələbələrin asudə vaxtının səmərəli təşkili və onların sağlam həyat tərzi keçirmələri, eyni zamanda Ulu öndər Heydər Əliyev ruhunda tərbiyyə edilmələri baxımından çox mühüm əhəmiyyət kəsb edir. Daha sonra Bədən tərbiyəsi və idman kafedrasının müdiri dos. Akif Atakişiyev yarışın universitetdə futbolun inkişafına çox böyük töhfə verdiyini bildirib. Fakültə Tələbə Həmkarlar Təşkilatı sədrlərinin və futbol komandalarının kapitanlarının iştirakı ilə keçən püskatma çox böyük həyacan və maraqla qarşılanıb. Onu da qeyd edək ki, çempionatın ilk oyunu 2 aprel tarixində keçiriləcək.

Mətbuat və İnformasiya şöbəsi, 29 mart 2011-ci il.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026