Filologiya fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

07/11/2020

2020-ci il 6 noyabr tarixində BDU-nun Filologiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi və tələbələr iştirak ediblər.

Virtual görüşü giriş sözü ilə açan fakültənin tədris işləri üzrə dekan müavini, dosent Cavanşir Muradov tələbə adını qazanan gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. İştirakçılara fakültənin tarixi, elmi mühiti, görkəmli məzunları və alimləri barəsində, həmçinin BDU-dakı möcud təhsil və tədris sistemi haqqında məlumat verib, hazırki şəraitdə tədris prosesinin təşkili qaydalarına aydınlıq gətirib.

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açıb. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər gördüyünü bildirib.

Microsoft Teams platforması vasitəsilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026