Filologiya fakültəsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

25/12/2019

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində  “Cəlil Məmmədquluzadə və folklor”  adlı elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb və bu Sərəncamı təkcə böyük ədibin yaradıcılığına deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyər kimi qiymətləndirib.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Cəlil Məmmədquluzadə yaradıcılığında öz əksini tapan milli-mənəvi dəyərlərdən, eləcə də folklor nümunələrindən  bəhs edib, bu cür tədbirlərin tələbələrin yaddaşında dərin iz buraxdığını söyləyib.

Tədbirdə çıxış edən Cəlil Məmmədquluzadənin ev muzeyinin böyük elmi işçisi Yeganə Məhərrəmli Ümummilli Lider Heydər Əliyevin böyük dramaturqun yaradıcılığına göstərdiyi diqqətdən, onun verdiyi sərəncamla açılan muzeyin fəaliyyətindən danışıb. O, tədbirdə sərgilənən eksponatlar haqqında da məlumatlar verib. Kafedranın I kurs magistrantları Günay Mirzəyeva “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Elza Məmmədova “Cəlil Məmmədquluzadə və folklor”  mövzularında məruzələr ediblər. Bədii hissəli elmi seminarda video slaydlar, “Folklor” dərnəyinin üzvləri tərəfindən hazırlanan səhnəciklər göstərilib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 10-cu sinif şagirdi Asim Pirimov tarda musiqilər ifa edib.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026