Filologiya fakültəsində Elmi Şura: TMŞ illik hesabat verib
06/10/2017
Filologiya fakültəsində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib. İclasda fakültə Tədrisi Metodiki Şurasının sədri, professor Məhərrəm Məmmədlinin illik hesabatı dinlənilib. Professor M.Məmmədli 2016-2017-ci tədris ilində fakültənin elmi nailiyyətlərindən, elmi-bədii tədbirlərindən, tədris prosesinin gedişatından və metodiki şuranın fəaliyyətindən bəhs edib. Daha sonra çıxış edən Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, universitet üzrə Tədris Metodik Şurasının sədri, akademik Vasif Babazadə və başqaları fakültənin illik fəaliyyətini yüksək qiymətləndirib, mövcud problemlər və qarşıda duran vəzifələr barəsində ətraflı danışıblar. İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.
![]() |
![]() |
![]() |
![]() |
Xəbərlər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər




