Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası

31/05/2018

Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Yay imtahan sessiyasına və Yekun Dövlət Attestasiyasına hazırlıq, buraxılış işləri və magistr dissertasiyalarının vəziyyəti, BDU-da keçiriləcək Beynəlxalq Akkredetasiya, doktorant və dissertantların mövzularının təsdiqi, müəllimlərin seçkisi, o cümlədən cari məsələlər müzakirə olunub, Alman-fransız dilləri və Dünya ədəbiyyatı kafedralarının 5 illik hesabatı dinlənilib.

İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. İclası açıq elan edən fakültə dekanı, dosent Elçin Məmmədov şura üzvlərini Respublika Günü münasibətilə təbrik edib, bu mühüm hadisənin böyük tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, əlamətdar günlərin təsadüf etdiyi may ayının 23-də Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Oksford Universitetinin tərkibində daimi mövcudluğu və həmin universitetin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Nizami Gəncəvinin adının verilməsi haqqında müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan üçün mədəni-tarixi və humanitar sahədə “Əsrin sazişi” adlandırıla bilər. Çıxışın ardınca həmin böyük hadisənin təfərrüatını əks etdirən videoçarx nümayiş olunub. Sonra dekan şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib, bir sıra vacib məqamlara toxunub.

İclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam edib. Alman-fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayevanın və Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyevin 5  illik hesabatları dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 31 may 2018-ci il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025