Filologiya fakültəsində “Kontekstlə çoxmənalılığın münasibəti” mövzusunda tələbə elmi seminarı keçirilib

05/05/2018

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Kontekstlə çoxmənalılığın münasibəti” mövzusunda “Türkoloji araşdırmalar” Elmi Tədqiqat Laboratoriyasının əməkdaşlarının, bakalavr və magistrantların iştirak etdiyi elmi seminar keçirilib.

Seminarın rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı İntizar Əlizadə tədbir barədə məlumat verdikdən sonra Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, Azərbaycan dilçiliyi kafedrasının II kurs magistrantı Həvva Zamirlinin məruzəsi dinlənilib. O, mövzunun ilkin anlayışları və nəzəri problemləri, sözün çoxmənalılığı və onun kontekst daxilində təzahür formalarından bəhs edib.

Daha sonra bakalavrlar - Aynur Mustafayeva, Qismət Cəfərli, Könül Tağızadə, Elnarə Talıbova, Şəlalə Nuriyeva, İlkanə Məmmədova, magistrantlar- İntizar Əlizadə, Arzu Hüseynova, Murad Əmənov məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə münasibətlərini bildiriblər.

TEB-in rəhbəri Pərvin Eyvazovun çıxışından sonra növbəti elmi seminarın mövzusu və məruzəçisi elan olunub.

Mətbuat və informasiya şöbəsi, 05 may 2018-ci il.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026