Filologiya fakültəsində “Mənim vətənim – Azərbaycan” adlı poeziya gecəsi keçirilib

19/05/2017

Filologiya fakültəsində Humanitar fakültələr üzrə rus dili kafedrasının təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş “Mənim vətənim – Azərbaycan” adlı poeziya gecəsi keçirilib. Tədbirdə rektor, akademik Abel Məhərrəmov, Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, Beynəlxalq əlaqələr departamentinin müdiri Gülheyran Rəhimova, Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent Ədibə Paşayeva, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Rus Mədəniyyət və İnformasiya Mərkəzinin nümayəndəsi Natiq Əliyev, “Rus dünyası” fondunun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova, professor-müəllim heyəti, magistrantlar, tələbələr və qonaqlar iştirak edib.

Ədəbi-bədii gecəni açıq elan edən dosent Ədibə Paşayeva qonaqları salamlayıb və tədbirin mövzusu, məqsədi, əhəmiyyəti haqqında məlumat verib.

Akademik Abel Məhərrəmov çıxış edərək bu təşəbbüsü yüksək qiymətləndirib, belə tədbirlərin əhəmiyyətini vurğulayıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Məlum olub ki, Humanitar fakültələr üzrə rus dili kafedrasının təşəbbüsü ilə universitetin 8 fakültəsinin tələbələri arasında “Mənim vətənim – Azərbaycan” mövzusunda esse müsabiqəsi keçirilib. Sonra esse müsabiqəsinin qalibləri elan olunub və mükafatlandırılıb. “Ən yaxşı esse müəllifi” öz yazısını iştirakçılar qarşısında məruzə edib. Sonra tələbələrin ifasında əcnəbi şairlərin Azərbaycan və Bakı haqqında şeirləri dinlənilib. Həmçinin universitetin Hazırlıq şöbəsinin Çin Xalq Respublikasından olan tələbələri də şeirlər və mahnılar ifa ediblər.

Poeziya gecəsi maraqlı və xoş təəssüratlarla yadda qalıb.


Mətbuat və informasiya şöbəsi, 19 may 2017-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026