Filologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

13/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin dövlət müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradan Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan, Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb, bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin Ulu öndərin zəngin irsindən qaynaqlandığını vurğulayıb.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Hüseyn Əsgərov, Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərəyzadə, dosentlər - Əhəd Cavadov və Reyhan Həbibli çıxış edərək, Ulu Öndərin Azərbaycan elminə və təhsilinə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət və qayğıdan söz açıb, dahi rəhbərlə bağlı xatirələrini bölüşüblər. Həmçinin çıxışlarda xüsusi qeyd olunub ki, hazırda Ümummilli Liderin siyasi kursunu ləyaqətlə davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük tarixi zəfərlərə imza atır, dünyanın lider dövətləri arasında öz imzası ilə seçilir.

Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, bütün tələbələrə təşəkkürünü bildirib.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026