Filologiya fakültəsində Tələbə Elmi Birliyinin 2018-ci ildə ilk iclası keçirilib

02/03/2018

Filologiya fakültəsində Tələbə Elmi Birliyinin 2018-ci ildə ilk iclası keçirilib. İclasda universitetin Tədris Metodiki Şurasının sədr müavini, dosent Vaqif Qasımov, dekan dosent Elçin Məmmədov, dekan müavini professor Nizami Xəlilov, dosent Məhəmməd Məmmədov, gənc tədqiqatçılar və tələbələr iştirak edib.

TEB-in illik fəaliyyətinə və idarə heyətinin yenidən formalaşdırılmasına həsr olunmuş tədbiri giriş sözü ilə açan dekan Elçin Məmmədov birliyin ötənilki fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, TEB son bir il ərzində elmi seminarlar təşkil edib, ayrıca elmi konfrans keçirib və tələbələrin respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakını təmin edib. Həmçinin qeyd olunub ki, tələbələrin elmi fəaliyyətə cəlb olunmasına və onların konfranslarda aktiv iştirakına şərait yaradılmasına bundan sonra da ciddi nəzarət olunmalı və bu sahədə TEB-lə yanaşı, müəllimlər də gənclərin maarifləndirilməsinə xüsusi diqqət yetirməlidir.

Dosent Vaqif Qasımov çıxışında tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən söz açıb. O, rektor, Abel Məhərrəmovun universitetin elmi həyatında tələbələrin fəallığının təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər barəsində məlumat verib, gələcəkdə bu sahəyə olan diqqətin daha da artırılmasının zəruriliyini vurğulayıb.

Elmi işlər üzrə dekan müavini, professor N.Xəlilov, fakültə Elmi Şurasının Elmi katibi, dosent M.Məmmədov, TEB-in sədri, "Türkoloji araşdırmalar" ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov çıxış edərək birliyin fəaliyyətinin məqsədindən, elmi təşkilatlanmanın faydalarından danışıb, tələbələrə öz tövsiyələrinin veriblər.

Sonra TEB-in idarə heyətinin formalaşdırılması üçün müzakirələr aparılıb, cari il üçün yeni heyət müəyyənləşdirilib.

Mətbuat və informasiya şöbəsi, 02 mart 2018-ci il.

 

Xəbərlər

BDU və Malayziyanın Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Malayziyanın Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb
05/11/2025

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da
05/11/2025

BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
05/11/2025