Filologiya fakültəsində Tələbə Elmi Birliyinin ənənəvi III mart toplantısı keçirilib

04/03/2019

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin ənənəvi III mart toplantısı keçirilib.

TEB-in illik hesabatına və idarə heyətinin yenidən formalaşdırılmasına həsr olunmuş tədbiri giriş sözü ilə açan dekan müavini, dosent Cavanşir Muradov birliyin illik fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, TEB il ərzində elmi seminarlar təşkil edib, tələbələrin respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakını təmin edib. Həmçinin qeyd olunub ki, tələbələrin elmi fəaliyyətə cəlb olunması və konfranslarda aktiv iştirakı üçün şərait yaradılmasına bundan sonra da ciddi nəzarət olunmalı və gənclər də yeni təkliflərlə çıxış edərək bu istiqamətdə özlərini formalaşdırmalıdırlar.

Filologiya fakültəsinin elmi işlər, qiyabi və magistratura üzrə dekan müavini, professor Nizami Xəlilov və dosent Məhəmməd Məmmədov çıxışlarında tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən, birliyin fəaliyyətinin məqsədindən, elmi təşkilatlanmanın faydalarından danışıb, tələbələrə öz tövsiyələrini veriblər.

Sonra TEB-in illk hesabatı dinlənilib.  Filologiya fakültəsinin II kurs magistrantı Aygün Əliyeva birliyin 2018-ci il ərzində gördüyü işlər barəsində məlumat verib. Daha sonra TEB-in elmi rəhbəri Pərvin Eyvazov idarə heyətinin yenidən formalaşdırılması ilə bağlı məlumat verib, tələbələrlə fikir mübadiləsi aparıb. İdarə heyəti formalaşdırıldıqdan sonra üzvlər arasında səsvermə yolu ilə Filologiya fakültəsinin SABAH qrupları üzrə III kurs tələbəsi Elnarə Talıbova TEB-in sədri seçilib. Həmçinin idarə heyətində Raziyyə Həsənova magistratura üzrə baş koordinator, Aidə Musazadə bakalavriat üzrə koordinator, Qismət Cəfərov tələbə elmi seminarının rəhbəri, Səidə İsmayılova SABAH qrupları üzrə koordinator, İlkanə Məmmədova ictimaiyyətlə əlaqələr üzrə koordinator təyin ediliblər.

 

Mətbuat və informasiya şöbəsi, 04 mart 2019-cu il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024