Filologiya fakültəsində “Xocalını unutma!” adlı ədəbi-bədii tədbir keçirilib

24/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalını unutma!” adlı ədəbi-bədii tədbir keçirilib. Fakültənin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsinin dekanı Elçin Məmmədov erməni millətçilərinin türk dünyasına qarşı apardıqları təcavüzkarlıq siyasətindən, xüsusilə ermənilərin xalqımızın başına gətirdikləri tarixi faciələrdən, Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin işğal altında olan ərazilərimizin azad olunması uğrunda apardıqları ardıcıl və gərgin mübarizədən söz açıb.

Bədii hissə ilə davam edən tədbirdə erməni terrorizmini əks etdirən videoçarx nümayiş olunub, tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər və musiqilər səsləndirilib, III kurs tələbəsi Məleykə Mirzəlinin “Şəhid məktubu” ssenarisi əsasında hazırlanmış səhnəcik təqdim edilib.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026