Filologiya fakültəsinin doktorantı Qırğızıstana səfər edib

02/06/2018

BDU-nun Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Jalə Nağıyeva “Azərbaycan və qırğız epik folklorunda mifoloji obrazlar” adlı dissertasiya mövzusu ilə əlaqədar Qırğızıstana səfər edib. Jalə Nağıyeva öncə Azərbaycanının Qırğızıstandakı səfirliyində olub. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov doktorantı qəbul edib. Səfirliyin köməkliyi ilə o, Qırğızıstanın bir sıra kitabxana və universitetlərinə baş çəkib.

Doktorant Qırğızıstan Respublikasının Elmlər Akademiyasında olub, ikinci elmi rəhbəri - Qırğızıstan Respublikasının Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abduldajan Akmatalıyevlə görüşüb. Görüşdə akademik Abduldajan   Akmatalıyev doktorantın dissertasiya işi ilə tanış olub, məsləhətlərini verib.

J.Nağıyeva Qırğız-Türk Manas Universitetinin prorektoru professor Anvarbek Mokeevilə görüşüb, universitetin  professor və müəllim heyəti ilə tanış olub, Mərkəzi  kitabxanada mövzusu ilə əlaqədar zəruri elmi ədəbiyyatlar əldə edib.

Doktorant  İssukkul gölünə gedərək, Karalayev, Ayçürök abidələri ilə,Çingiz Aytmatov adına “Ruh Ordo” incəsənət mərkəzi ilə  yaxından tanış olub. Qeyd edək ki, J.Nağıyevanın səfəri Azərbaycanın Qırğızıstandakı səfirliyinin Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar təşkil etdiyi tədbir vaxtına təsadüf edib. O, tədbir haqqında təəssüratlarını bölüşərək bildirib ki, tədbir yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, doktorantın əsas elmi rəhbəri Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovadır. O, 3 ildir ki, “Azərbaycan və qırğız epik folklorunda mifoloji obrazlar” mövzusunda dissertasiya üzərində işləyir.

Mətbuat və informasiya şöbəsi, 02 iyun 2018-ci il.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026