Filologiya fakültəsinin əməkdaşı Budapeşt və Vyanada keçirilən təlimlərdə iştirak edib

08/04/2019

Bakı Dövlət Dövlət Universitetinin Filologiya fakültəsinin əməkdaşı Ayşən Sadıqlı EDEX və Business Talk-un təşkilatçılığı ilə Macarıstanın Budapeşt və Avstriyanın Vyana şəhərlərində keçirilmiş təlimlərdə iştirak edib. Azərbaycanın müxtəlif ali məktəblərinin nümayəndələrinin iştirakı ilə keçirilən təlimlərdə əsas məqsədi Avropanın tanınmış universitetlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi, yeni bilik və bacarıqların əldə edilməsi olub.

İştirakçılara bildirilib ki, IBS Beynəlxalq Biznes məktəbi Budapeşt şəhərində fəaliyyət göstərir, Vyanada da korpusu vardır. Ali məktəb təkcə Macarıstan və Böyük Britaniyada deyil, Avropa Birliyi və ABŞ-da da akkreditasiyadan keçib. İndiyə qədər 50-dən çox azərbaycanlı bu ali məktəbə daxil olub.

Səfər müddətində iştirakçılar Budapeşt və Vyananın tarixi yerlərində olublar. Sonda iştirakçılara Beynəlxalq Sertifikat təqdim edilib.

 

Mətbuat və informasiya şöbəsi,  08 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026