Filologiya fakültəsinin tələbələri təşəkkürnamə ilə təltif edilib

02/06/2018

Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkil etdiyi “Türk xalqlarında  Novruz” adlı tədbirdə fəal iştirak edən tələbələr təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamələr rektor, akademik Abel Məhərrəmovun imzası ilə hazırlanıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova təşəkkürnamələrin hazırlanmasında əziyyəti keçən, eləcə də tədbirin təşkilində dəstəyi olan  rəhbərliyə minnətdarlığını bildirib. Daha sonra kafedra müdiri tədbirin hazırlanması prosesini vurğulayaraq tələbələrin bu işin öhdəsindən layiqincə gəldiyini söyləyib. Türk dövlətlərinin – Türkiyənin, Özbəkistanın, Qırğızıstanın, Tükmənistanın, Qazaxıstanın  Azərbaycandakı səfirliklərinin də bu tədbirə dəstək olduğunu söyləyən professor Səhər Orucova həm səfirliyin nümayəndələrinə, həm də tədbirin ərsəyə gəlməsində əməyi olan müəllim və tələbə heyətinə də təşəkkürünü bildirib.

Kafedranın dosentləri - Etibar Talıblı, Məhəmməd Məmmədov, Könül Həsənova, Kəmalə İslamzadə tələbələrin bacarıqlarının üzə çıxarılmasında bu cür tədbirlərin önəmindən, vacibliyindən söz açıblar. Tələbələr də öz təəssüratlarını bölüşüblər. Sonda təşəkkürnamələr tələbələrə təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 02 iyun 2018-ci il.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026