Filoloq tələbələr BDU-nu respublika elmi konfransında uğurla təmsil edib

26/04/2018

Bakı Slavyan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların Respublika elmi-praktik konfransı keçirilib. Ölkəmizin 19 ali təhsil ocağından 160 nəfər tələbənin qatıldığı konfransda Bakı Dövlət Universiteti iştirakçıların sayına görə təşkilatçı müəssisədən sonra ikinci yerdə olub.

Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin 12 nəfər tələbəsi təmsil edib. Onlardan 3-ü magistrant, 9-u isə bakalavriat olub.

Tələbələrdən Murad Əmənov, Arzu Hüseynova, Zöhrə İmamverdiyeva, Aynur Mustafayeva, Aynur Rzayeva, Kamilə Qədimli, Günel Quliyeva, Nigar Əliyeva, Sabah qruplarından Könül Tağızadə, Rəhiməxanım Mürvətova, Aytac Həsənova, Mətanət Rəcəbli bölmə iclaslarında məruzələrlə uğurlu çıxış etdiyinə görə təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunublar.

Qeyd edək ki, konfrans başa çatdıqdan sonra fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, dosent Cavanşir Muradov universitet təmsilçilərimizlə görüşərək uğurlu çıxışlarına görə onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mətbuat və informasiya şöbəsi, 26 aprel 2018-ci il.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025