Filoloq-bəstəkarın yubiley konserti keçirilib

05/07/2011

Bu günlərdə Bakı Dövlət Universitetdə Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadənin 60 illik yubileyi münasibətilə «Qəlbdən qopan səslər» adlı konsert keçirilib.

Tədbirdə  universitetin rektoru, akademik Abel Məhərrəmov, çoxsaylı professor-müəllim heyəti, tələbə və qonaqlar iştirak edib. Tədbiri ömrünün 35 ilini Bakı Dövlət Universitetinə bağlayan yubilyarın müəllifi olduğu «Universitetim»  mahnısı ilə başlayıb. Çıxış edən  Fikrət Əlizadə 45 illik musiqi yaradıcılığından bəhs edib.  Ziyalılar Cəmiyyətinin sədri Məleykə Göyçəli yubilyara «Əsrin ziyalısı, əsrin musiqiçisi» fəxri diplomunu təqdim edib. Bəstəkar-fililoqun «Qarlı sakit ölkə» mahnısı Azərbaycan və fin dillərində solist Rasimə Babayevanın ifasında səslənib. «Azərbaycan-Finlandiya  Assosiasiyasının prezidenti Yaqub Kərimov 20 ilə yaxın ifa olunan bu mahnıya görə bəstəkara Finlandiya səfiri tərəfindən  verilmiş «Qızıl arzu» medalını təqdim edib. Konsertdə Fikrət Əlizadənin müşayiəti ilə Opera və Balet Teatrının solisti, 2005-ci ilin Muğam festivalının diplomantı Arzu Əliyeva və Bülbül adına musiqi məktəbinin məzunu müğənni Kamran Vəliyev duet ifa ediblər.

Yubilyar musiqli hekayə və portretlərini royalda ifa edib və Mirzə Babayevin «Bir də sevərəmmi?» mahnısını oxuyub.

Sonda isə göstərilən diqqətə görə Universitet rəhbərliyinə və konsertdə iştirak edənlərə minnətdarlıq edib.

Mətbuat və İnformasiya şöbəsi, 05 iyul 2011-ci il.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026