Filoloq-tələbələr Ulu öndərin xatirəsini anıblar

12/12/2018

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə  Ümummilli lider Heydər Əliyevin anım günü keçirilib.

Anım mərasimi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib.

Əvvəlcə Filologiya fakültəsinin TGT sədri Tural Cəfərov  çıxış edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra isə çıxışçılar Ulu öndərin müstəqil Azərbaycanın möhkəmlənməsindəki əvəzolunmaz xidmətlərindən, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla davam etdirməsindən danışıblar.

Tədbir çərçivəsində Ulu öndərin Azərbaycan gəncliyinə qayğısını əks etdirən video-çarx izlənilib.

 

Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026