Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb

07/03/2019

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Hult Prize müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmış BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb.

F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün belə layihələrdə iştirakın əhəmiyyətini qeyd edərək onları təbrik edib.

Bildirib ki, müasir dövrdə dünyada artıq qəbul olunan 5-ci sənaye inqilabı şəraitində əmək bazarında rəqabətədavamlılıq baxımından müasir yanaşmalara sahib istedadlı tələbələri bir yerə toplayan Hult Prize müsabiqəsində iştirak həm də ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyə imkan yaradacaq.

Səmimi görüşə görə minnətdarlıqlarını bildirən tələbələr müsabiqədə təqdim edəcəkləri “First Step” layihəsi haqqında məlumat veriblər. Məlum olub ki, layihə gənclərin işsizlik problemlərinin lokal və qlobal şəkildə həll olunması, on il ərzində on  minlərlə tələbənin işlə təmin olunması məqsədi daşıyır.

Tələbələr müsabiqədə aktiv olacaqlarını, ölkəmizi və Bakı Dövlət Universitetini layiqincə təmsil edəcəklərini vurğulayıblar.

Müsabiqənin final mərhələsi 2019-cu il sentyabr ayında ABŞ-ın Nyu-York şəhərində keçiriləcək. Qalib komanda üçün mükafat 1 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, Hult Prize müsabiqəsi Hult Foundation və BMT tərəfindən təşkil olunur. Müsabiqənin əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini reallaşdırma prosesini sürətləndirəcək və molyonlarla insanın həyatını dəyişəcək ideyaları ortaya çıxarmaq, ən uğurlu ideyanı hıyata keçirməkdir.

Xatırladaq ki, ölkəmizin ikinci dəfə bu yarışmada iştirak etmək hüququnu Bakı Dövlət Universitet əldə etmişdir.

 

Mətbuat və informasiya şöbəsi, 07 mart 2019-cu il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024