Firudin Səməndərovun anadan olmasının 75 illiyinin tamam olması münasibətilə tədbir keçirilib - VİDEO

21/04/2014

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firudin Səməndərovun anadan olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Tədbirdə respublikada tanınmış ziyalılar, o cümlədən universitetin professor-müəllim heyəti, tələbəbləri iştirak ediblər. Çıxış edən rektor, akademik Abel Məhərrəmov F.Səməndərovun uzun illərdir ki, universitetdə səmərəli fəaliyyətindən, hüquq elmi sahəsində Respublikada və xaricdə tanınıb qəbul edilməsindən, bir çox dəyərli elmi əsərlərinin olmasından, dəfələrlə beynəlxalq səviyyəli konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etməsindən danışıb. Daha sonra hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Firudin Səməndərovun həyat və yaradıcılıq yolu” adlı məruzə ilə çıxış edib. AMEA-nın institut direktorları, prfoessorlar - Misir Mərdanov, Tofiq Hacyevin çıxışlarından və çoxsaylı təbriklərdən sonra yubilyar tədbir iştirakçılarına təşəkkür edib.

Qeyd edək ki, Firudin Səməndərov 1969-cu ildən başlayaraq BDU-da müəllim, dosent, professor, kafedra müdiri kimi səmərəli fəaliyət göstərib, 1992-1993-cü illərdə BDU-nun rektoru olub. 1995-ci ildən Cinayət hüququ və kriminologiya kafedrasının müdiridir. Hüquq elmi sahəsində 100-dən çox elmi əsərin, o cümlədən 90 elmi məqalənin, 3 monoqrafiya, 17 kitab, dərslik, dərs vəsaitinin müəllifidir. Onun rəbərliyi altında 3 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru yetişib.

Mətbuat və informasiya şöbəsi, 21 aprel 2014-cü il.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026