Fizika fakültəsi hesabat verib

19/12/2017

Bakı Dövlət Universiteti Fizika fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan dekan, professor Məhəmmədəli Ramazanov gündəlikdə olan məsələlər haqqında danışıb. Məlum olub ki, gündəliyə fakültə əməkdaşları tərəfindən 2017-ci il ərzində həyata keçirilən elmi-tədqiqat işlərinin hesabatı və cari məsələlər daxil edilib. Dekanın çıxışından məlum olub ki,  hesabat ilində 3 qrant layihəsi üzrə işlər davam etdirilib, bu layihələr çərçivəsində fakültənin bir sıra əməkdaşları xarici elmi mərkəzlərdə və universitetlərdə elmi ezamiyyətlərdə olublar. 2017-ci ildə fakültədə 1 beynəlxalq, 2 respublika elmi konfransı keçirilib, beynəlxalq konfransın materiallarının bir hissəsi Tomson Röyters agentliyi, Moskva Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti tərəfindən çapa qəbul olunub. Fakültə əməkdaşları tərəfindən hesabat ilində 210 məqalə (o cümlədən respublika jurnallarında 116, “D” kateqoriyalı (digər agentliklər tərəfindən indekslənən) jurnallarda 39, Tomson Röyters agentliyinin siyahısına daxil olan jurnallarda 56 məqalə (o cümlədən, “A” kateqoriyalı jurnallarda 7, “B” kateqoriyalı jurnallarda 14, “C” kateqoriyalı jurnallarda 36 məqalə) çap olunub.

Elmi hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

Daha sonra fəlsəfə doktoru və elmlər doktoru pillələrində təhsil alan doktorantların cari ildəki fəaliyyətləri barədə hesabatları dinlənilib və onların növbəti kursa keçirilmələri barədə qərar qəbul edilib.

İclas digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.

physics.bsu.edu.az

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024