Fizika fakültəsində 2020-ci ilin ilk yarımilli üçün Elmi hesabat verilib

15/07/2020

Bakı Dövlət Universitetinin Fizika fakültəsində 2020-ci ilin ilk yarımilli üçün Elmi hesabat verilib

15 iyul 2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin cari ilin ilk yarımilli üçün elmi hesabatı dinlənilb.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov, Fizika fakültəsinin dekanı Məhəmmədəli Ramazanov, dekan müavinləri və professor-müəllim heyəti iştirak edib.

Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov fakültənin 2020-ci ilin ilk yarım ili ərzindəki elmi fəaliyyəti haqqında ümumi hesabatı və mühüm statistik göstəriciləri iştirakçılara təqdim edib. Qeyd olunub ki, fakültə alimləri pandemiya şəraitində nüfuzlu jurnallarda məqalələr dərc etdiriblər. Tədqiqat işləri əsasən keçmişdə aparılmış eksperimental tədqiqat işlərinin interpretasiyası istiqamətində olub.

“Microsoft Teams” platforması vasitəsilə baş tutan hesabat zamanı fakültədə aparılan elmi işlərin keyfiyyətini artırmaq, innovasiya yönümlü tədqiqatlara üstünlük vermək və beynəlxalq layihələrdə aktiv iştirak etmək kimi məsələlərə də aydınlıq gətirilib.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026