Fizika fakültəsində birinci kurslarla görüş
16/09/2016
BDU-nun Fizika fakültəsində I kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov tələbələri Azərbaycanın ən qabaqcıl ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Professor M.Ramazanov universitet, o cümlədən Fizika fakültəsi haqqında ətraflı məlumat verib, təhsil prosesinin keyfiyyətinin yüksək olması üçün tələbələrin məsuliyyəti ilə yanaşı valideynlərin dekanlıqla mütəmadi əlaqə saxlamalarının vacibliyini qeyd edib.
Sonra fakültənin tyutoru Vüsal Məmmədov tələbələrin qruplar üzrə siyahılarını elan edib, onları maraqlandıran suallara cavab verib.
Mətbuat və informasiya şöbəsi, 16 sentyabr 2016-cı il.
Xəbərlər
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
