Fizika fakültəsində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

15/01/2016

Fizika fakültəsində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Fakültənin dekanı, professor Məhəmmədəli Ramazanov iclası açaraq gündəlikdə olan məsələləri elan edib.

Sonra professor M.Ramazanov illik elmi hesabatı təqdim edib, ötən il əldə olunan nailiyyətlərdən danışıb. Fakültə əməkdaşlarının Thomson Reuter tərəfindən indekslənmiş jurnallarında 36 elmi məqalə (A kateqoriyalı jurnallarda - 8, B - 8, C – 20) dərc olununduğu, hazırda üzərində işlənilən qrantların həcminin də yüksək olduğunu vurğulayıb. Məlum olub ki, hesabat ilində fizika fakültəsinin müəllimlərinin 20-dək dərs vəsaiti və monoqrafiyası çapdan çıxıb. Elmi fəaliyyətin göstəricisi isə orta reytinq balı 72.6-dan-375 bal intervalındadır.

Sonra professorlar- Ş. Əsgərov, N. Qocayev, Ə. Abdinov, Ə. Əhmədov və digərləri hesabat ilə bağlı fikirlərini bildiriblər. Sonda  hesabat yekdilliklə qəbul olunub.

İkinci məsələ ilə bağlı fakültənin yeni Metodiki Şurasının sədrinə söz verilib və şuranın yeni tərkibi ilə hazırlanmış Əsasnamə müzakirəyə təqdim edilib. Müzakirədən sonra irəli sürülmüş təkliflər nəzərə alınmaqla Əsasnamə təsdiq olunub.

Gündəlikdə olan üçüncü məsələ ilə bağlı professor M.Ramazanov  bildirib ki, hazırda fakültədə Dövlət proqramı əsasında doktorantura proqramı üzrə 35 nəfər (onlardan 17 nəfəri elmlər doktoru və 18 nəfəri fəlsəfə doktoru pilləsində) hazırlanır. Elmi Şura doktorantların elmi fəaliyyətini məqbul hesab edib.

Sonda professor M.Ramazanlı iştirak etdikləri üçün BDU-nun rektorluq nümayəndələrinə - professor Əli Əhmədov, professor Vaqif Salmanov və bütün Fakültə Elmi Şurasının üzvlərinə təşəkkür edib.

Mətbuat və informasiya şöbəsi, 15 yanvar 2016-cı il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024